"Toppuş bacı"dan SON XƏBƏR : "Həkimlərin cavabı..."
05 may 2022 17:20 (UTC +04:00)

"Toppuş bacı"dan SON XƏBƏR: "Həkimlərin cavabı..."

Xərçəng xəstəliyi ilə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyeva səhhəti barədə danışıb.

Lent.az-a açıqlama verən “Toppuş bacı” bildirib ki, həkim nəzarətindədir: “Həkimlər sağ olsunlar, daim məni diqqətdə saxlayırlar. Sayca 44-cü kimya terapiyamı qəbul etdim. Artıq 2 həftədir ki, kimyalara başlamışam. İki ay iki həftədən sonra yenidən analiz verəcəm. Həkimlərin cavabı nə olacaqsa, ona uyğun da müalicə etdirəcəyəm. Xəstəliklə mübarizəm davam edir”. 

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı. T.Əliyeva dünən Lent.az-a verdiyi açıqlamasında şişlərin artıq qara ciyərinə və sümüyünə yayıldığını demişdi: “Əvvəl sümüyümdə və ağ ciyərimdə idi. Belimdə 3 şiş var idi, MRT-dən sonra onun ikisi getdi, biri qaldı. İndi qara ciyərimə keçib. Qan analizi vermişik. Onun cavabı 1 həftəyə çıxacaq. Analizin cavabına uyğun həkimlər müalicə edəcək. Bu xəstəlik məndən əl çəkmir. Allahdan ümid kəsilməz. Həkimlər daim nəzarət edirlər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4440
avatar

Yalçın UĞUR

Oxşar yazılar