Təzəcə barışan Nigarla Samirədən yeni VİDEO
02 fevral 2023 13:02 (UTC +04:00)

Təzəcə barışan Nigarla Samirədən yeni VİDEO

Xalq artisti Aygün Kazımovanın ad günündə həmkarı Nigar Camalla küsülülüyə son qoyan müğənni Samirə Əfəndi yeni görüntülər paylaşıb.

Lent.az xəbər verir ki, müğənni həmkarı Nigarla efirdə bir araya gəlib və onunla barışdığına dair video çəkib.

Bundan başqa, Nigar Samirə ilə küsməyinin səbəblərini "Səhər mərkəzi" proqramının efirində açıqlayıb:

“Biz küsülü deyildik, ancaq aramızı vururdular. Bizdə hər şeyi şişirtməyi sevirlər. Mən bildim ki, biz danışmasaq, bu, illərlə belə davam edəcək. Necə ki, 2017-ci ildə “Altın Kelebek” var idi. Mən oturan kimi ya Röyadan, ya da “Gucci”, Şəbnəm barədə sual verirlər. Üçüncü də Samirə idi. Ən yaxşısı sakit şəkildə barışmaq idi. Samirə tez inciyəndir".

Samirə isə onun sözlərinə reaksiya bildirərək, "İnsanlardan da özüm inciyirəm, özüm də barışıram”, - deyib.

Yeni barışan müğənnilər - Nigar Camal və Samirə Əfəndi

# 3102
avatar

Nigar Namiq

Oxşar yazılar