"Tərbiyəçidən şikayətçi olmayan valideynə hökm çıxarılmalıdır" -  Xalq artisti
14 yanvar 2022 22:15 (UTC +04:00)

"Tərbiyəçidən şikayətçi olmayan valideynə hökm çıxarılmalıdır" - Xalq artisti

Xalq artisti Brilliant Dadaşova da bağçada azyaşlını döyən tərbiyəçi barədə danışıb.

Lent.az-ın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində paylaşım edib:

"Madam ki, valideynləri şikayətçi olmurlar, onların özünə məhkəmə qərarı ilə hökm çıxarılmalıdır. Zülfiyyə Baxışova adlı "canavar", tərbiyəsiz "tərbiyəçi" mütləq məsuliyyətə cəlb olunmalıdır ki, başqalarına dərs olsun".

Qeyd edək ki, hazırda bağçanın müdiri Tükəzban Məmmədovadır. Videosu yayılan uşağa şiddət göstərən tərbiyəçi isə 53 yaşlı Zülfiyyə Baxışovadır. Həmin şəxs ailəlidir, 2 övladı var. 
 

# 4425
avatar

Yalçın UĞUR

Oxşar yazılar