Ötən axşam Aslı Enver, İpek Bilgin, Cem Yiğit Üzümoğlu və Güven Murat Akpınarın rol aldığı "Sırça" adlı teatr tamaşasının qala gecəsi baş tutub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Ozan Dolunay gecəyə model sevgilisi Pelinay Yiğitlə əl-ələ qatılıb.
Türkiyəli aktrisa Pelinay Yiğit sevgilisi Ozan Dolunay ilə şəkillərdə əks olunan münasibətlərindən danışıb.
Məşhur model "Hər şey yaxşıdır. Bundan yaxşısı ola bilməz!" deyib.
İştirak etdiyi son iki serial layihəsində istədiyi uğuru əldə edə bilməyən Dolunay mövzu ilə bağlı danışıb. Mətbuat mənsubları ilə söhbət edən aktrisa "Bu işin mahiyyətində var. Hər kəsin başına gələ bilər. Çox bağlanmıram" deyib.