Şou-biznesdə ƏRSİZ QALAN  qadınlar – ADLARI AÇIQLANDI 
30 iyun 2021 14:00 (UTC +04:00)

Şou-biznesdə ƏRSİZ QALAN qadınlar – ADLARI AÇIQLANDI 

Şou-biznes  əhli gündəmdə qalmaq üçün müxtəlif yollara əl atırlar. Onların əksəriyyəti efirdə, sosial şəbəkələrdə sənətdən çox ər davası edirlər. Bu gün  təqdim edəcəyimiz insanların onlara heç aidiyyatı yoxdur. Çünki onlar gənc yaşlarında həyat yoldaşlarını itiriblər.

Lent.az şou-biznesdə dul qalan xanımların siyahısını təqdim edir: 

79 yaşlı Xalq artisti Flora Kərimova ilə evli olan bəylərin hər biri vəfat edib. 

Müğənni İlhamə Qasımova da bu siyahıya aiddir: "Həyat yoldaşım 4 il əvvəl xəstəlikdən dünyasını dəyişdi. O, vəfat edəndə Azərbaycanda deyildim. Səhnədə də deyildim, həmin vaxt heç kim məni görə bilməzdi. Lazımi qədər vaxtım oldu ki, özümə gəlim. Artıq güclü qadın deyiləm. Elə idim, amma indi deyiləm. Çox güclü gəlmişdim. Amma həyat mənə "stop" komandası verdi. İki əmim, bibim rəhmətə getdi. Qorxmağa başladım. Vaxt var idi, gülüb başqasına güc verərdim, təsəlli olurdum, amma artıq yox. Təskinlik verə bilmirəm. Öz səhhətimdə problemlər yarandı. Rayonda qaldım, dərmanlar içdim. Panik-ataklar keçirirdim".

Meyxanaçı-müğənni Samirə Yusifqızının həyat yoldaşı Fazil bəy 24 il öncə dünyasını dəyişib: "Yoldaşım rəhmətə gedəndə qızımın 6, oğlumun 9 yaşı var idi. Amma onlara atasızlıq hiss etdirməmişəm. Həmişə deyirəm, arxayın yat, Fazil, balalarını ürəyin istəyən kimi böyütmüşəm. Düz 24 ildir yoxdur, amma hər dəfə onun məzarını ziyarətə gələndə sakit dayana bilmirəm. Çünki onsuzluğu çox çəkmişəm. Əsl ata oldu. Ehtiyac nədir, bilməmişəm”.   

Xalq artisti Nazpəri Dostəliyevanın keçmiş həyat yoldaşı Nəriman Quliyev 2015-ci il martın 14-də vəfat edib. Mərhum sürücü işləyirdi. Həyat yoldaşı vəfat edən zaman Xalq artisti bu sözləri demişdi: "Onunla 17 ildir ayrılmışıq. Allah rəhmət eləsin! Rica edirəm, bundan sonra jurnalistlər bu barədə sual verməsinlər".

1966-cı il fevralın 1-də Qazax rayonunda anadan olan Əməkdar artist Xumar Qədimova bir dəfə evli olub və həyat yoldaşı uzun illər öncə vəfat edib. Müğənni heç zaman həyat yoldaşı barədə danışmayıb. Onun bu evlilikdən Uğur adlı bir oğlu var. 

Əməkdar artist Mətanət İsgəndərlinin həyat yoldaşı Oruc Həmidov 2014-cü ildə dünyasını dəyişib. Uzun illər öncə həyat yoldaşından boşanan müğənni onun yasına da qatılmayıb. İfaçı əri ilə bağlı xatirələrini bu cür anıb: "Yoldaşım çox ailəcanlı idi, ölürdü bizim üçün. Bizim evimiz olsaydı, ayrılmazdıq. Evdə qayınana, baldızlar qalırdıq. Kənardan qohumlar da gəlib müdaxilə edirdilər. Elə bil ki, düşmən qızıyam. 18 yaşım var idi, uşaq idim. Dedim, gedək mənimlə, dedi, olmaz. 

Bacım hər dəfə gəlirdi, məni danlayırdı ki, niyə oturmusan burada? Gəlirdi ki, gözüm partlayıb, ağzım nə boyda... Yoldaşımı qınamıram, hər şeyi halal etmişəm. Cavan idi, qulağını doldururdular. Heç kimə gücü çatmırdı, bütün hirsini mənə tökürdü. Məni balası kimi istəyirdi, hirslənəndə hamının heyfini məndən alırdı. Təranə bacım ən pis vəziyyətimdə yanımda olurdu.

Bir gün ərim məni döyəndə beşiyi vurdu, gedib Kərimin (oğlu - red.) gözünə dəydi. Ondan sonra dedim ki, daha bəsdir. Kərimi götürüb yağışlı bir gündə palçığın içində elə qaçırdım ki..."

Xalq artisti Səkinə İsmayılovanın həyat yoldaşı Gülbala bəy bu ilin martında dünyasını dəyişib. Xanəndə həyat yoldaşı vəfat etmədən öncə verilişlərin birində bu sözləri demişdi: “1977-ci ildən ailəliyəm. O, mənim sirdaşım, yoldaşım, silahdaşımdır... Əgər bu dövrlərdə bir-birimizlə dil tapıb dolanmışıqsa... Demirəm, ailə həyatında hər şey su kimi axar, rahat olur. Çətinliklər olur. Əsl xanım çətinliklərə dözməlidir. 

Hər zaman deyirəm, evdə kişinin sözü keçir. Əksini desəydim, 43 il bir yerdə oturmazdıq. Qohumuq, bibi oğlu, dayıqızıyıq. Bu gün də o, deyəndir. Bəlkə bəzi şeyləri həmin an düz demir, emosiyası ilə qərar verir. Sakit dururam, bir müddət sonra izah edirəm ki, düz deyildi.

Sənətə gəlməyin icazəsini alana qədər yollar keçmişəm. Bakılıyıq, xüsusilə də o dövrdə hamı razı olmurdu...

Qohum olmağımız mənə bu işdə kömək etdi. Sənətə gəlməyimə icazə verdiyi üçün ona ərə getdim. O dövrdə hər zaman böyüklərin sözü keçirdi".

Əməkdar artist Ruhəngiz Musəvinin də həyat yoldaşı vəfat edib. 

Tanınmış aparıcı Afaq Gəncəli "Apo" ləqəbli Türkiyə vətəndaşı Abdullah Haşdemirlə evli olub, boşanıb. Boşanandan sonra həyat yoldaşı vəfat edib. 

Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradovanın həyat yoldaşı Ramiz Cəlilov bu ilin may ayında 82 yaşında vəfat edib. 

Əməkdar artist Gülbahar Şükürlünün həyat yoldaşı Zahid bəy 2018-ci ildə vəfat edib. Qarmon ifaçısı həyat yoldaşının ölümünə görə bir neçə il efirə çıxmayıb, depressiya yaşayıb:  "Həyatda güvəndiyim, çox arxalandığım, hədsiz inandığım ürək sirdaşım, məsləhət verənim, başımın tacı, çox gözəl insan - Zahid, həmişə qəlbimdəsən. Dünyanın ən gözəl atası, övladı, babası, dayısı, həyat yoldaşı...Abırlı, həyalı insan idi. Allah, gözlərimin parıltısını apardı. Həyat çox amansızdır. Adam ölənin arxasınca ölmür, amma pis günə qalır. Elə bilirdim öləcəm, yaşaya bilməyəcəm. Hətta hamı adamdan bezir".

Müğənni Lalə Dadaşova mərhum müğənni Elçin Cəlilovla evli olub. E.Cəlilov daha sonra Tahirə adlı xanımla evli olub. Tahirə xanım 2008-ci ildə açıqlamasında bildirmişdi ki, Elçin Cəlilovun ölümündə günahkar Lalə Dadaşovadır: "Lalə, onun evini dağıdan, ölümünə səbəb olan bir qadındır. Mən ona nifrət edirəm. Elçinin iki övladı vardı. O vaxt birinci ailəsi dağılandan sonra oğlu rəhmətə gedib".

Əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Müğənni daha sonra ikinci dəfə nikaha girib. Özü illər öncə bu barədə açıqlama vermişdi. 

Əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov Qarabağ döyüşlərdə şəhid olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11157
avatar

Yalçın UĞUR

Oxşar yazılar