Silvestr Stallone  7 ağır əməliyyat   keçirib
22 fevral 2024 16:03 (UTC +04:00)

Silvestr Stallone 7 ağır əməliyyat keçirib

Silvestr Stallone 2010-cu ildə “The Expendables” (“Qarşısıalınmaz”) filminin çəkilişlərində döyüş səhnəsinə çəkilərkən boynu sınıb, yeddi ağır əməliyyat keçirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə o özü qatıldığı proqramlardan birində məlumat verib.

“Bu filmdən sonra artıq fiziki olaraq əvvəlki kimi deyildim. Aktyorlara xəbərdarlıq edirəm,  kaskadyorluq etməyin”,- o bildirib.

Aktyorun sözlərinə görə, onurğasında 7 müxtəlif əməliyyat keçirilib. Sümüklərinin bir hissəsini metalla əvəz etməli olublar.

Stallonenin həyat yoldaşı, supermodel Cennifer Flavin etiraf edib ki, əri hər dəfə bıçağın altına girəndə dəhşət yaşayır: “ O baş verməmiş kimi davranaraq ağrını gizlətməyə çalışır. İnsanların belindən bu qədər əməliyyat keçirdiyini bilməsini sevmir”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4896
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar