Sevgilisi məşhur aparıcını DÖYDÜ
03 aprel 2021 14:43 (UTC +04:00)

Sevgilisi məşhur aparıcını DÖYDÜ

"Орла и решки"nin aparıcısı Yuliya Koval sevgilisi tərəfindən döyüldüyünü etiraf edib.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, o, hadisınin mübahisəı zamanı baş verdiyini bildirib.

Yuliya əlavə edib ki, sevgilisi az qala onun üzünü eybəcər hala salacaqmış. Hadisə cütlük Vladivostoka gedən ərəfədə yaşanıb. Onlar əylənmək üçün kluba yollanıb, sevgilisi qəfildən yox olub. Bir neçə vaxtdan sonra geri qayıdıb, heç nə izah etməyib. Yuliya çox əsəbiləşdiyini, narahat olduğunu, dəfələrlə zəng vurduğunu bildirib. Oğlan telefonu alaraq yerə çırpıb, amma mübahisə bununla bitməyib. Yuliya oğlanın onu vurmağa başladığı bildirib. Aparıcı qeyd edib ki, özü də ona cavab  verərək vurmağa başlayıb:

"Sonra utandığım hadisə yaşandı. Onun üzünə bir, iki, üç sillə vurdum. Dedi ki, bir də vursan, səni döyəcəm. Bir sillə vurdum, sonra gözümü açanda qan içində olduğumu gördüm. Onun barmağında üzük var idi, vuranda dodağıma dəyib. Təcili yardım çağrıldı və məni xəstəxanaya yerləşdirdilər. Çox qorxurdum ki, dodağımda tikiş izləri qalacaq".

Aparıcı oğlanın həmin hadisədən sonra onu iki gün bağlı yerdə saxladığını əlavə edib. Buna səbəb isə onun hadisəni yaxınlarına deməməsini istəməsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5544
avatar

Oxşar yazılar