Müğənni Səidə Sultan qatıldığı teleproqramlardan birində ərinin tikdirdiyi 4 mərtəbəli villadan danışıb.
Lent.az-ın xəbərinə görə, o, villanı ərinin tikdirdiyini deyib.
“Ərimin tikdirdiyi, təzə, 4 mərtəbəli villaya hələlik köçməmişik. Təmir gedir. Villanı həyat yoldaşım tikir. Mən o işlərə qarışmıram. Bu qadın yox, kişi işidir. Villaya mən bir qəpik də xərcləmirəm. Qazancımı sənətimə xərcləyirəm”,- müğənni bildirib.
“Lazım olanda ondan pul alıram. Yeni klip çəkdirəndə mənə maddi köməklik edir. Lazım olub və həyat yoldaşım mənə 4000-5000 manat pul verib”- o əlavə edib.