Müğənni Şəbnəm Tovuzlu qatıldığı proqramda özü ilə bağlı maraqlı açıqlamalar verib.
Lent.az xəbər verir ki, müğənni məclislərdə onunla foto çəkdirmək istəyən bəylərə icazə vermədiyini deyib.
"Toy başlayanda mikrofonla deyirəm ki, bəylə şəkil çəkdirməyəcəyəm. Əgər bəylər xanımı ilə gəlsə, çəkdirəcəyəm".
Şəbnəm bir müddət əvvəl toyda bir bəylə dava etməsi haqda suala cavabında deyib: "Mahnını fonoqramla oxuduğum üçün aqresiv davrandı. Mənimlə aqresiya ilə danışanlara həddini bildirirəm".
Qeyd edək ki, müğənni toylardan birində onunla kobud davranan kişiyə “sənin ağzını cıraram” deyərək hədə -qorxu da gəlmişdi.