Şəbnəm Seda Sayanın verilişində:  "Azərbaycanın Sibel Canı..."  - VİDEO
04 mart 2022 13:56 (UTC +04:00)

Şəbnəm Seda Sayanın verilişində: "Azərbaycanın Sibel Canı..." - VİDEO

Azərbaycanlı müğənni Şəbnəm Tovuzlu Türkiyənin tanınmış müğənnisi Seda Sayanın STAR televiziyasında yayımlanan “Sabah Sultanı Seda Sayan” verilişində qonaq olub.

Lent.az-ın məlumatına görə, proqramda sevilən mahnılarını təqdim edən Şəbnəmi Azərbaycanın Sibel Canı kimi təqdim ediblər. 

"Qadasın alaram" Türkiyədə də sevilir" deyən Sedaya Şəbnəm "Mahnını çox gözəl dinləyirlər, mən də gəldim ki, simamı da tanısınlar" cavabını verib. 

Seda Sayan daha sonra Şəbnəmin Azərbaycanda Sibel Cana bənzədilməsi məsələsinə toxunub:

"O, bəyaz qadındır, sən isə qaraşınsan. Amma sən də gözəlsən".

Müğənni "Ola bilsin bəzi üz cizgilərimiz oxşasın, amma mən Şəbnəm Tovuzluyam" reaksiyasını verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9165
avatar

Yalçın UĞUR

Oxşar yazılar