Rusiyalı müğənni Alla Puqaçova ailəsi haqqında yalan şayiələr yayan təbliğatçılara müraciət edib.
Lent.az-ın xarici mediaya istinadla bildirir ki, Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı mövqeyinə görə hücuma məruz qalan Puqaçova uzun müddətdir susub və ona qarşı irəli sürülən ittihamlara məhəl qoymayıb. Amma indi, deyəsən, onun səbri tükənib. O, böhtançılara müraciət edərək, onların ailəsi haqqında “maraqlı hekayələr” uydurmaqdan həzz aldıqlarını qeyd edib.
Bununla belə, müğənni vəziyyəti gərginləşdirməmək və qalmaqal yaratmamaq qərarına gəlib. "Oh-oh-oh! Siz mənim ailəm haqqında nə qədər maraqlı hekayələr danışırsınız, biz bunu bəyənirik və gülürük" - o öz "Instagram" səhifəsində yazıb.