Tatlıses: “Oğlum evimə donuz yağı sürtdü, evlənə bilmədim”
23 iyun 2022 19:43 (UTC +04:00)

Tatlıses: “Oğlum evimə donuz yağı sürtdü, evlənə bilmədim”

“Oğlum evimə DONUZ YAĞI sürtdü, evlənə bilmədim” - İbrahim Tatlısəs

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses qəribə iddiasıyla gündəmə gəlib. 

Lent.az bildirirr ki, o, illər öncə özündən 43 yaş kiçik olan tanınmış solist Gülçin Karakaya ilə hansı səbəbdən ayrılması barədə səs-küyə səbəb olacaq məlumat verib.

Karakayanı çox sevdiyini deyən Tatlıses onunla evlənməyə hazırlaşdığı dövrdə münasibətinin səssiz-sədasız bitməsində oğlu Ahmet Tatlıses və keçmiş həyat yoldaşı Adalet Saranı günahlandırıb. 

Sənətçi onları cadu etməkdə ittiham edir: 

“Bodrumdakı evimə donuz yağı sürtüblər... Yoxsa, mən burada ailə qurub evlənirdim. Yazıq qız 48 kiloya düşüb, pərişan oluram. Ona ev aldım, maşın aldım, çoxunu edərəm. Amma o qara çadralı (keçmiş arvadı) və oğlu var ey, onlar evimə donuz yağı sürtüblər”. 

Ağır iddialara Ahmet Tatlısesin anası Adalet Sara da reaksiyasız qalmayıb. Adalet sosial şəbəkə paylaşımında “maddi və mənəvi həqiqətlə əlaqəli olmayan yalan, şər və təhqirlərə məruz qalıram”

# 4104
avatar

Nigar Namiq

Oxşar yazılar