Meyxanaçı müğənni Namiq Qaraçuxurlu öz səhifəsində xalq artisti Naibə Allahverdiyeva ilə səmimi şəkillərini paylaşıb.
Lent.az-ın xəbərinə görə, şəkillər Bakıdakı şadlıq evlərindən birində, toy məclisində çəkilib. Səhnədə oxuyan Namiq Qaraçuxurluya yaxınlaşan aktrisa onunla birlikdə mahnını oxumağa başlayıb. Cütlük birlikdə rəqs edib.
Namiqin paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb.