Meyxanaçı Namiq Qaraçuxurlu məhkəmə ilə hədələnib.
Lent.az-ın məlumatına görə, bu barədə meyxanaçı “7 canlı” verilişində danışıb:
"Bir oxşarım var idi, Allah saxlamış elə danışırdı ki, elə bil mən ona oxşayıram. Arada aynada özümə baxırdım ki, deyəsən, mən oxşayıram.
Biri də var idi narahat edirdi. Dedi ki, mənim haqqımda danışsan, səni məhkəməyə verəcəm. O dərəcədə idi. Özü də mən onun haqqında danışmıram. Səsim oxşayırdı, gedib parklarda oxuyurdu. Adım çıxırdı ki, Namiq gəldi burada oxudu. Sonra gördüm, adamın düşüncələri doğru deyil".