Müğənni "Qremmi" alan mahnısına görə HƏBS EDİLDİ  - VİDEO
02 mart 2024 15:40 (UTC +04:00)

Müğənni "Qremmi" alan mahnısına görə HƏBS EDİLDİ - VİDEO

İranlı müğənni Şervin Hacıpur "Baraye" adlı mahnısına görə həbs edilib.

Lentaz xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı bu mahnıya görə 3 il 8 ay müddətinə azadlıqdan məhrum olunub.

Hacıpurun özünün yazdığı mahnı 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkədə keçirilən kütləvi etiraz aksiyalarının himninə çevrilib. Bununla yanaşı, bəstə bir çox ölkədə məşhurlaşıb və 2023-cü ildə "Qremmi" mükafatına layiq görülüb. Mükafatı 26 yaşlı gənc müğənniyə ABŞ prezidentinin xanımı Cill Bayden təqdim edib. Məhkəmə Ş.Hacıpuru “insanları iğtişaşlara təhrik etməkdə” təqsirli bilib.

Qeyd edək ki, 22 yaşlı Məhsa Əmini 2022-ci ilin sentyabrında Tehranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalıb və bir neçə saatdan sonra xəstəxanada vəfat edib. O, baş örtüyünü düzgün bağlamamaqda günahlandırılıb. Gənc qızın ölümü İranda kütləvi etiraz aksiyalarına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4218
avatar

Fidan İlqar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07