Müğənni Aslanın ölümü barədə dostu HƏR ŞEYİ AÇIQLADI  - VİDEO
15 fevral 2022 17:41 (UTC +04:00)

Müğənni Aslanın ölümü barədə dostu HƏR ŞEYİ AÇIQLADI - VİDEO

Müğənni Sevda Kazımova dünyasını dəyişən dostu, həmkarı Aslan Hüseynov barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı "O üz" verlişində deyib: "Bacısı danışdı mənə: nəsə qorxulu bir şey olmuşdu. Kimsə balta ilə arxasınca qaçmışdı. Aslanın heç vaxt düşməni olmayıb. O, dostsevər adam idi, insanları sevirdi. Hamıya salam verəndə belə, baş əyərək salam verirdi. İnsanlara qarşı hörmətlə yanaşan adam idi, insanları əzmək istəmirdi.

Qəzaya düşməmişdən yarım saat öncə mənimlə danışmışdı. Mən deyəni atası da deyir ki, "Mənim oğlum heç vaxt sükan arxasında yatmazdı, bu, ola bilməzdi". Yəni o yatacaqdısa, maşını saxlamalı idi. 

3 gün idi ki, anası rəhmətə getmişdi. Aslan nə halda idi, elə bil qapqara yanmışdı. Aslan mənə dedi ki, "anamı Gəncədə basdırırlar, mən də gedib Gəncədə qalacağam". Dedim "Aslan, bəlkə Gəncədə basdırmayasınız. Amma qohumları Gəncədə çox olduğu üçün anasının öz vəsiyyəti idi ki, məni Gıncədə basdırarsınız. Durdu gecəylə getdi ki, "yox, mən anamı orada tək qoya bilmərəm". Anasının ehsanı olaraq orada kasıb insanlara ət alıb paylayıb, halva çaldırıb. Bütün günü anasının məzarı üstündə olub, onunla öz-özünə danışıb. Mənə zəng etdi ki, "Seva, başım dəhşət ağrıyır, dayanmır". Dedim "Aslan, başına dönərəm, gəlmə ha, yat qal oralarda". Məndən başqa da çox adamlara zəng edib. Zəng edib ki, gələcəyəm, amma yuxu basır məni. Deyib ki, yuxu basır məni. Amma necə gəlib bəs?! Onu yuxu bassaydı, o, maşını sürməzdi. İnanmıram ki, Aslan yolda yatsın, yəni bu mümkün deyil. Bu, inandırıcı bir şey deyil. Amma Aslan yatıbsa, yəqin əcəl belə gəlib". 

Qeyd edək ki, A.Hüseynov 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub, 2021-ci il mayın 4-də Azərbaycanda vəfat edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4800
avatar

Yalçın UĞUR

Oxşar yazılar