Meyxanaçı İntiqam Rüstəmov qonaq olduğu şou proqramda qalmaqallı açıqlama veri.
Lent.az-ın xəbərinə görə, o, qadın müğənnilərə xanım sözünü yaraşdırmadığını bildirib.
“Müğənnilər efirdə oturub, özlərini elə aparırlar, amma hamı bilir ki, göründükləri kimi deyillər. Abrı həyası olmayan qadına mən xanım deyə bilmərəm. Xanım sözü hər qadına deyilməz. Gədaya bəy deyilməz, hər qadına da xanım. O qadında ki, abır, həya, ismət olmadı ona xanım söhbəti yaraşmır. Mən qadın müğənnilərini görəndə onlara adı ilə və ya “gözəl insan” deyərək müraciət edirəm, xanım demirəm”- o qeyd edib.