Məşhur ulduz müflis oldu  -  Malikanəsini satdı, əlinə bir qəpik keçmədi
13 dekabr 2024 12:37 (UTC +04:00)

Məşhur ulduz müflis oldu - Malikanəsini satdı, əlinə bir qəpik keçmədi

Son zamanlar maddi sıxıntıları ilə gündəmə gələn məşhur ulduz  Keti Prays 10 il əvvəl aldığı və saxlamaqda çətinlik çəkdiyi məşhur “çirkli” malikanəsini də satıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, borcu sözün əsl mənasında gücündən artıq olan ulduz bu satışdan bir qəpik də almayacaq.

Bu arada sözügedən malikanənin bağçasındakı dəbdəbəli avtomobillər ötən il ulduzun borcu müqabilində məhkəmə icraçıları tərəfindən götürülüb.

Etdiyi plastik əməliyyatlarla  tez-tez gündəmə gələn 46 yaşlı Keti Prays ays çirkli və baxımsızlığı ilə məşhur olan malikanəsini 1,5 milyon dollara satıb.
Amma o bu satışdan bir qəpik də  qazanc əldə etməyib, bütün pulu  vergi borclarına verəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar