Məşhur repçi  güllələndi
13 sentyabr 2022 16:47 (UTC +04:00)

Məşhur repçi güllələndi

"PnB Rock" ləqəbi ilə tanınan amerikalı məşhur repçi Rakim Allen öldürülüb.

Lent.az xəbər verir ki, hadisə Los-Ancelesdə baş verib. 30 yaşlı Rakim sevgilisi ilə birlikdə "fast food" restoranında olarkən binaya silahlı şəxs daxil olaraq müəssisənin işçilərindən ona yemək verməsini tələb edib.

Sonra şübhəli şəxs ifaçıya və sevgilisinə hücum edərək, onun qızıl-zinət əşyalarını götürməyə çalışıb. Silahlılar repçini güllələyiblər.

Xəstəxanaya çatdırılan R. Allenin ürəyi dayanıb. 

Məlumatlara görə, silahlılar onun olduğu məkana gəlməzdən əvvəl repçinin sevgilisinin sosial şəbəkədə paylaşdığı fotodan geolokasiyanı öyrəniblər. Hüquq-mühafizə orqanları qatilin axtarışına başlandığı bildirilir. 

Qeyd edək ki, "PnB Rock" 2016-cı ildə "Selfish" adlı sinql yayımladıqdan sonra olduqca populyarlaşmışdı.


 

# 3873
avatar

Nigar Namiq

Oxşar yazılar