Şineyd O'Konnor
08 yanvar 2022 17:14 (UTC +04:00)

Şineyd O'Konnor

Məşhur müğənninin 17 yaşlı oğlu intihar etdi

Neviim Nesta Ali Şeyn O'Konnor iki dəfə intihara cəhd edib. O, bundan sonra klinikada müalicə olunub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ölümündən bir müddət əvvəl oğlan xəstəxanadan qaçıb.

Daha sonra narahat olan Şineyd sosial şəbəkələrdə hadisə ilə bağlı yazıb və oğlunun harada olduğunu bilən hər kəsdən cavab verməsini xahiş edib.

Qeyd edək ki, Şineyd Mariya Bernadett O'Konnor Dublində anadan olub. O, üsyankar davranışına görə qovulduğu katolik məktəbində oxuyub. İlk yaşlarında Şineyd yaşıdları tərəfindən dəfələrlə təhqir olunub.

Şineyd O'Konnorun musiqi karyerası 18 yaşında başlayıb - o, restoranlarda və şəhər tədbirlərində mahnı oxuyub, sonra musiqi kollecinə daxil olub.

2017-ci ildə Şineyd O'Konnor valideynlərinin verdiyi "qul adı"ndan xilas olmaq üçün adını dəyişib. Bir il sonra o, İslamı qəbul edib və Şuhada Sədakat adını götürüb.
 

# 3936
avatar

Oxşar yazılar