Məşhur müğənni ayda əlavə 120 min  QAZANIR
03 iyun 2022 17:43 (UTC +04:00)

Məşhur müğənni ayda əlavə 120 min QAZANIR

Bir müddətdir qumar borcu olan Serdar Ortaç kişiyə uyğun videolar, ad günü kimi xüsusi qeyd etmələr, təbriklər və qarşı tərəfə çatdırılacaq xüsusi mesajlarla pul qazanır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə şəxsi videolar çəkdirərək ayda 120 min lirə qazanır.

Müğənni məqsədinin pul qazanmaq olmadığını deyib:

"Məqsədim pul qazanmaq deyil, insanları sevindirməkdir. Bir ilə yaxındır sosial media platforması ilə anlaşaraq sevdiklərim üçün xüsusi videolar çəkirəm. Ad günlərini qeyd edirəm, barışdırıram. Küsmüş cütlüklər qarşı tərəfə istədikləri şəxsi mesajı mənim vasitəmlə göndərirlər. Bəzən videolarımda kiçik bir mesaj olur. Az da olsa mahnı oxuyuram.

Ayda orta hesabla 100 klip çəkirəm. Mənə böyük maraq var. Ən çox videosu tələb olunan məşhur mənəm. Bütün pərəstişkarlarım xüsusidir və onları sevindirmək üçün bu platforma ilə əməkdaşlıq edirəm.

Videolara görə müəyyən qonorar ödənilir. İlin sonunda ödənişli olacaq. Mən pul qazanmaq üçün klip çəkmirəm, önəmli olan onlara fanatlarımın xüsusi olduğunu göstərməkdir”.

# 2559
avatar

Fidan İlqar

Oxşar yazılar