Türkiyəli məşhur cütlük 3 illik münasibətlərinə son qoyublar.
Lent.az ölkə mediasına istinadən xəbər verir ki, 2015-ci ildə Türkiyənin ikinci gözəli seçilən, aktrisa Aslı Melisa Uzun ilə aktyor Yağız Can Konyalı ayrılıblar.
Təxminən 1 ay əvvəl ayrılan cütlük sosial şəbəkə hesablarından bəzi şəkilləri silsə də, bir-birlərini izləməyə davam edirlər.