Türkiyəli məşhur aktrisa Nurgül Yeşilçay səhnədə huşunu itirib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa baş rolda olduğu “Barda bir gecə” adlı teatr tamaşası zamanı səhnədə ürəyi gedərək yıxılıb.
O, dərhal səhnə arxasına aparılıb. Yeşilçayın özündən getməsi pərəstişkarlarını qorxudub.
Bildirilir ki, aktrisa gərgin iş rejiminə görə huşunu itirib.
Xatırladaq ki, Nurgül Yeşilçay bu yaxınlarda baş rolu olduğu “Son nəfəsimə qədər” serialının çəkiliş meydançasında da qəza keçirmişdi.