Mehmet Ali Erbil "qapımda yatırdı" sözünə görə ÜZR İSTƏDİ
02 fevral 2023 10:14 (UTC +04:00)

Mehmet Ali Erbil "qapımda yatırdı" sözünə görə ÜZR İSTƏDİ

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil ötən gün telefonla əlaqə saxladığı proqramda Çağla Şikeli vəfasızlıqda ittiham edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Mehmet Ali Erbil Çağla Şikel üçün bu sözləri deyib:

"Hazırda bir kanalda aparıcı olduğu üçün köhnə günlərini unudub. Onun verilişinə mən pul müqabilində getdim. O vaxtlar mənim verilişimdə işləmək üçün qapımda yatırdı”.
 
Üzərindən qısa müddət keçdikdən sonra Mehmet Ali Erbil “instagram” səhifəsində Çağla Şikeldən üzr istəyib:

"Səhər saatlarında birdən-birə bağlandığım canlı yayımda həqiqətən incindiyimi ifadə etmək istəyərkən qeyri-ixtiyari sözlər söylədim. Verilişin təkrarına baxanda səhv etdiyimi anladım. Çağla mənim bacımdır. Məni yaxından tanıyanlar emosional bir insan olduğumu çox yaxşı bilirlər. Çağla mənim üçün çox qiymətlidir. Sadəcə Çağlanın karyerasının ilk addımlarında onun yanında olduğumu unutmuş kimi davranması məni əsəbləşdirir. Amma nə qədər pis olsam da etdiyim hərəkət düz deyil. Çağla məni bağışla”.

# 2508
avatar

Arzu Qurbanlı

Oxşar yazılar