Manaf Ağayevdən  QƏRİBƏ   açıqlama: "07", "06" sürüm?"
02 iyun 2022 18:46 (UTC +04:00)

Manaf Ağayevdən QƏRİBƏ açıqlama: "07", "06" sürüm?"

Hər zaman  şou-biznes dünyasında “bərkgedən oğlan” imiciylə fərqlənən müğənni Manaf Ağayev bu dəfə ziddiyyətli fikirlər səsləndirib.

Lent.az-ın məlumatına görə, müğənni biznesinin olmadığını və özünü heç də imkanlı adam hesab etmədiyini bildirib:

“Sıravi bir müğənniyəm, bütün nəsil üzərimdədir. Biznesim, obyektim yoxdur. Toy var gedirəm, olmayanda da getmirəm. Mən sadəcə, ağlamıram, sızlamıram, bu da camaatı çaşdırır. Toya məndən ikiqat baha qiymətə gedənlər var. Mən imkanlı adam deyiləm".

Manaf Ağayev geydiyi kostyumların və sürdüyü avtomobilin qiyməti ilə bağlı bunları söyləyib:

“Maşınım  bahalı deyil, normaldır. Klassik maşınların neçəyə olduğunu hamı bilir. Mən Manaf Ağayevəm, "07", "06" sürüm? Müğənniyəm, yaxşı maşınım olmalıdır. Geyimə diqqət edirəm,amma baha sayılmaz. 2000-2500-dən yuxarı qiymətə kostyumum olmayıb. Nə üçün buna 5-10 min verim? Həmin qiymətə 8-10 dənə kostyum tikdirərəm”. 

Həmkarlarına yardım etməsindən danışan müğənni vaxtilə Samir Piriyevə ev alması üçün borc verdiyini deyib. “Hamıya gücüm çatan qədər kömək etmişəm. Kim kimə bu gün 100 manat borc verir?".

# 4527
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar