Lalə keçmiş ərindən danışdı - NƏLƏR DEMƏDİ
12 noyabr 2021 14:10 (UTC +04:00)

Lalə keçmiş ərindən danışdı - NƏLƏR DEMƏDİ

Əməkdar artist Lalə Məmmədova keçmiş həyat yoldaşı İlham Qafarovdan ayrılmasından danışıb.

Lent.az-ın məlumatına görə, müğənni “Səhər Mərkəzi”ndə bildirib ki, xəyanətə görə boşanmayıb: 

"Ailəm xəyanətə görə dağılmayıb. Qızlarım ataları ilə qalmaq istəsə, hörmətlə yanaşaram: ananı ata, atanı ana əvəzləmir. Ataları ilə yaşamaq istəsələr hörmət edərəm.

Övladlarımı da düşünürəm, efirə çıxıb ataları haqda danışmıram, qızlarımı yaralamaq istəmirəm... Təəssüf ki, qarşı tərəf bunu anlamır.

Qadın istəyirsə, kişini yanında saxlayar. Yəqin ki, özüm istəməmişəm. Sevib ailə qurmadım, sadəcə, qarşılıqlı hörmət var idi" cavabını verib.

İfaçı bildirib ki, keçmiş ərinin birinci xanımı ilə münasibətləri yaxşıdır:

"İlk həyat yoldaşı ilə yaxınıq, danışırıq, görüşürük. Aliment məsələsində mənə dəstək olub. Keçmiş ərimin üçüncü həyat yoldaşı ilə isə münasibətim yoxdur, ondan xəbərsizəm".

Qeyd edək ki, L.Məmmədova və İ.Qafarov qalmaqallı şəkildə ayrılıb. Cütlüyün bu nikahdan 2 qızı var. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15672

Oxşar yazılar