Konsert zamanı yarasa  müğənnini dişlədi
06 iyun 2024 12:04 (UTC +04:00)

Konsert zamanı yarasa müğənnini dişlədi

İspaniyada müğənni Taylor Momseni konsert zamanı yarasa dişləyib.

Lent.az-ın xarici mediaya stinadən məlumatına görə, “Pretty Reckless” qrupunun ulduzu Taylor Momsen mahnını ifa edərkən tamaşaçılar qəfil qışqırmağa və müğənninin ayağına işarə etməyə başlayıblar.

Məlum olub ki, səhnəyə uçan yarasa Momsenin libasının ətəyindən yapııb. Yarasa ifaçının ayağını dişləyib. Momsen hadisəni  həyəcanlanmadan qarşılayıb.

O ayağına yapışan yarasanı tamaşaçılara göstərərək, oxuduğu "Witches Burn" ("Cadugərlər yanır") mahnısına işarə edib və özünün həqiqətən də cadugər olmasına inandığını deyib. 

Momsen konsertdən sonra xəstəxanaya aparılıb və orada quduzluğa qarşı peyvənd vurulub. Növbəti bir neçə həftə ərzində qadın peyvənd kursunun bir hissəsi kimi daha bir sıra inyeksiya alacaq. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3126
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar