"Kızılcık Şerbeti"nin ulduzu: İlk görüşdə ağzımdan iy gəlirdi
17 fevral 2025 13:33 (UTC +04:00)

"Kızılcık Şerbeti"nin ulduzu: İlk görüşdə ağzımdan iy gəlirdi

"Kızılcık Şerbeti" serialında "Doğa" obrazını canlandıran Sıla Türkoğlu, qonaq olduğu bir verilişdə sahibkar sevgilisi Ata Ayyıldız ilə ilk görüşlərini danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl Halil İbrahim Ceylan, Doğukan Güngör və Alp Novruz ilə birlikdə olan Sıla Türkoğlu, bir müddətdir Ata Ayyıldız ilə sevgilidir.

"Kızılcık Şerbeti" serialının ulduzu qonaq olduğu "İbrahim Selim İle Bu Gece" proqramında Ayyıldız ilə ilk görüşlərini belə izah edib:

"Mən bir detoks düşərgəsində idim, 4 gün boyunca heç bir şey yeməmişdim. Bir gün yalnız su ilə qidalanırdım. Ata zəng edib ilk görüşə dəvət etdi. Aclıqdan ağzımdan iy gəlirdi. Durumu izah etdim. O isə “Mənim də manikürüm yoxdur'” deyə cavab verdi. Görüşə əsla geyinməyəcəyi şeyləri geyinib gəlmişdi. Hər ikimizin də o gün qəribə bir aurası var idi. Üstündə transparan köynəyi var idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1742

Oxşar yazılar