Bakıxanov qəsəbəsində restoranda baş verən yanğın söndürülüb.
Bu barədə Lent.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, restoranda elektrik sobasında baş verən yanğının qarşısı qısa müddətdə alınıb.
***
saat 09:37
Bakıda restoran yanır.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən restoranlardan birində qeydə alınıb.
Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin bölmələri cəlb olunub.