Kəmalə Günəşli toyda dalaşdı  - Üzünə stəkan atdı
11 iyun 2025 17:59 (UTC +04:00)

Kəmalə Günəşli toyda dalaşdı - Üzünə stəkan atdı

Müğənni Kəmalə Günəşli toyda dava salıb.

Lent.az xəbər verir ki, hadisə Sumqayıt şəhərindəki "Park Palace" şadlıq evində qeydə alınıb.

Oğluna sünnət toyu keçirən V.Mikayılova 4 saatlıq çıxış üçün müğənni ilə 4 min manata razılaşıb. Lakin onun ifalarından razı qalmayıb. Bu da tərəflər arasında davaya səbəb olub.

Digər versiyaya görə isə qonaqlardan biri Kəmalə Günəşlidən mahnı oxumasını istəyib. O isə səhnədə başqa müğənninin olduğunu və növbəsini gözləyəcəyini deyib. Onun bu cavabından sonra toy sahibinin əsəbiləşdiyi və dava yarandığı qeyd olunur.

Məlumata əsasən, müğənni toy sahibinə stəkan atıb və əlbəyaxa olublar. Stəkan qonaqlardan gənc oğlanın üzünə xəsarət yetirib. Hər iki şəxs hadisə ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Şöbəsinə aparılıb. İfadələri alınandan sonra isə sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1552

Oxşar yazılar