Aktyor Liam Xemsvort keçmiş arvadı, məşhur müğənni və aktrisa Mayli Sayrusu “Flowers” mahnısına görə məhkəməyə verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Xemsvort arvadını onun karyerasına zərbə vurmaqda ittiham edir. Bu mahnıya görə Xemsvort “Vedmak” serialındakı rolu ilə bağlı problem yaşayıb.
Sayrus sözügedən mahnını yanvarın 13-də təqdim edib. İzləyicilərin fikrinə görə, Sayrus bu mahnını keçmiş əri ilə münasibətlərinə həsr edib.