Müğənni İradə İbrahimova
13 mart 2021 10:36 (UTC +04:00)

Müğənni İradə İbrahimova

İradə İbrahimova sosial şəbəkədə ƏRİ BARƏDƏ bu sözləri yazdı

"Qəlbim qırıldıqda, inciyəndə əsəbimin verdiyi ağrını bədənim hiss edir. Heç kim mənimlə bərabər bu ağrını yaşamır. Yoruluram, amma üzərimə düşən işlərimi həll edirəm. Hər gün tezdən oyanıram, uşaqlarımı, həyat yoldaşımı yola salıram, bütün işlərimi görürəm. Cansıxıcı bir şey yaşasam belə, gülümsəməyə davam edirəm. Yəni heç bir anadan, yoldaşdan, övladdan pis deyiləm".

Lent.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb: 

"Çox şükür, yoldaşım ehtiyacımız olan hər şeyi ala biləcək qədər qazanır ve heç kimə möhtac deyilik. Bacara bildiyi qədər bizimlə maraqlanır, sevgi və diqqətini əsirgəmir. Hər şeyin mükəmməlinə deyil, bizə bəs edecek qədərinə sahibik. Yəni, yoldaşım heç kimdən pis ər deyil.

Heç kimin həyatı, analığı, atalığı, övladlığı başqasından mükəmməl deyil. Millətin həyatına baxıb özümüzü günahlandırmaqdan və stresə girməkdən əl çəkək. Başqalarının həyatına, qazandığı pula hiddətlə baxıb, sərf etdiyimiz gücü, yanımızdakılara və sahib olduğumuz hər şeyə görə şükür edərək yaşasaq, daha xoşbəxt həyata sahib olarıq. Ailənə, uşağına, yoldaşına, bədəninə, gəncliyinə insafsızlıq etmə".

Qeyd edək ki, Ceyhun İzer adlı Türkiyə vətəndaşı ilə ailə quran İradənin iki övladı var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7479
avatar

Yalçın UĞUR

Oxşar yazılar