"İnstitutdan qaçıb mitinqə gedirdim" - Brilliant Dadaşova
17 noyabr 2021 15:13 (UTC +04:00)

"İnstitutdan qaçıb mitinqə gedirdim" - Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova 17 Noyabr Dirçəliş günü ilə bağlı sosial şəbəkədəki səhifəsində status yazıb.

Lent.az-ın məlumatına görə, müğənni bildirib ki, tələbə vaxtlarından dərsdən qaçıb, mitinqlərə qatılıb: "İnstitutdan bir başa mitinqə getmişdik - 17 Noyabr 1988-ci il. Topxana meşəsini heç vaxt görməmişdim - onun dağıdılmasına görə qəlbimdə bu qədər şiddət hardan idi onu da anlamırdım. İnstitutdan qovulmaqdan belə qorxmadan mitinqə qatılmaq, səsimizi ucaltmaq, etiraz etmək istəyim yəqin ki, özümüz də bilmədən Vətənə olan sevgidən irəli gəlirdi. Bu sevgi dünyaya göz açdığımız gün bizimlə birgə doğulur. Bu gün yenə şəhid verdik, başı bəlalı Vətənimiz, başın sağ olsun".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4458

Oxşar yazılar