"İndi bir çox ərlilər ərsizlərdən betərdir" - Azərbaycanlı müğənni
12 fevral 2022 18:01 (UTC +04:00)

"İndi bir çox ərlilər ərsizlərdən betərdir" - Azərbaycanlı müğənni

Müğənni Səmra Rəhimli aparıcı Xoşqədəm Hidayətqızının verilişində qayınanasının qətli ilə bağlı faktları açıqlayan Əfsanə Cəfərova barədə sosial şəbəkədə yazıb.

Lent.az-ın məlumatına görə, ifaçı bu sözləri qeyd edib:

“Sosial şəbəkələrdə insanlara qeyrət dərsi keçənlərin çoxunun ailəsi bu vəziyyətdədir. Gəlininin ərinin əmisi oğlu ilə sevgili olduğunu öyrənən qayınananı öldürüblər. Bir-birinin arvadına göz dikməyi türk seriallarına baxıb öyrəniblər? Əsl biqeyrətlik budur. Ərin, uşağın varsa, mələksən demək deyil. İndi bir çox ərlilər ərsizlərdən betərdilər”.

Qeyd edək ki, Əfsanə qayınanasını əvvəlcə özünün öldürdüyünü söyləyib. Araşdırmalar nəticəsində məlum olub ki, qadını Əfsanənin sevgi münasibətinin olduğu əri Elşadın əmisi oğlu Seymur qətlə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6195
avatar

Yalçın UĞUR

Oxşar yazılar