Aparıcı İlkin Həsəninin xanımı Aysel,  “Fəlakət” obrazı ilə tanınan aktyor Elşən Orucov və xanımı
24 iyun 2021 10:21 (UTC +04:00)

Aparıcı İlkin Həsəninin xanımı Aysel, “Fəlakət” obrazı ilə tanınan aktyor Elşən Orucov və xanımı

İlkinin xanımından "Fəlakət"in boşanmasına reaksiya: "Tərbiyəsiz..." - FOTO

Aparıcı İlkin Həsəninin xanımı Aysel “Fəlakət” obrazı ilə tanınan aktyor Elşən Orucovun boşanmasına münasibət bildirib. Lent.az-ın məlumatına görə, bu barədə İlkinin həyat yoldaşı İnstaqram səhifəsində status yazıb. O, “Fəlakət”in boşanması barədə sosial şəbəkədə tənqid yazanlara bu sözləri deyib:

“Bilib bilmədən kiminsə ailə məsələsinə, evlənməsinə, boşanmasına, ana olmasına, niyə ikinci dəfə ana olmamasına iyrənc rəylər yazırsız. Özüə də üzdə deyil kompüter və ya telefon arxasında. Özünü namuslu, gözəl, ağıllı, camaatı isə eybəcər, tərbiyəsiz hesab edən cılız insanlara baxıb nifrət edirəm sadəcə. Qadınlığınızdan utanın. Çünki siz bədbəxtliyinizin günahını ancaq onda bunda axtarırsınız”.

Qeyd edək ki, E.Orucov 2018-ci ildə İlahə adlı xanımla ailə həyatı qurmuşdu. Onların bu nikahdan bir qız övladları var. Cütlüyün boşanma xəbəri ötən gün çıxıb və sosial şəbəkədə müzakirə edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33069
avatar

Yalçın UĞUR

Oxşar yazılar