“İlhamə Quliyeva  qazana görə   məni məhkəməyə vermişdi” –  Aparıcı
08 aprel 2024 15:16 (UTC +04:00)

“İlhamə Quliyeva qazana görə məni məhkəməyə vermişdi” – Aparıcı

 Xalq artisti İlhamə Quliyevanın çox qalmaqallı sənətkar olduğu məlum idi. O, həmkarlarını hər xırda məsələyə görə məhkəməyə verə bilərdi. Onun ən maraqlı məhkəmə işlərindən biri də şoumen Sərxan Kərəmoğlu ilə olub.

Lent.az-ın xəbərinə görə, Sərxan Kərəmoğlu proqramlardan birində bildirib ki, müğənni ilə ən azı 50 dəfə məhkəməlik olub.

“Onunla 50 dəfə məhkəməlik olmuşdum. Mövzu tapmırdıq ki, bir-birimizi məhkəməyə verək. Sonuncu dəfə qazanını alıb qaytarmadığıma görə İlhamə xanım məni məhkəməyə vermişdi”, - o bildirib. 

“İlhamə Quliyeva ilə aramızda bir neçə dəfə qalmaqal yaşanıb, haqqıma girdiyi üçün ona demişdim ki, səni bağışlamayacağam. Dedim mən ölsəm, sən, sən də ölsən, mən gəlməyəcəyəm dəfninə. Söylədi ki, heç olmasa, gecəni meyitimin başı üstə dayanarsan. Başı üstə dayansam da, dəfninə getmədim”,- şoumen söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12924
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar