Hadisədən ÇAĞIRIŞ: "40 gün keçdi,  hələ də içim yanır"
18 mart 2023 14:39 (UTC +04:00)

Hadisədən ÇAĞIRIŞ: "40 gün keçdi, hələ də içim yanır"

Kahramanmaraşda baş verən iki böyük zəlzələ qurbanları üçün ianə çağırışı edən Hadisə, faciənin 40-cı günündə sosial media hesabından duyğulu paylaşım edərək kədərini dilə gətirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni ötən həftə Hollandiyada başladılan yardım kampaniyasına dəstək verib.

Radio kanallarında yayımlanan verilişə qatılan Hadisə, "Hazırda Hollandiyada radio stansiyasındayam. Zəlzələdən zərər çəkənlərə yardımlar yığılır... Gərgin gündür... Acımız böyükdür.. Bəli, biz çox çətin günlər keçirik, amma gördüyünüz kimi, bir araya gələndə hər şeyə nail oluruq”.

Göz yaşlarına hakim ola bilməyən müğənni sözünə belə davam edib:

“Burada olmaq mənim üçün önəmlidir. Çünki mən qürbətçi bir ailənin qızıyam. Burada bizimlə insanlar arasında körpü olmaq mənim üçün çox önəmlidir... İstanbula daha sonra qayıdacağam və axşam birgə yayımda olacam”.

Qeyd edək ki, Hadisə bir müddət əvvəl 14,3 milyon izləyicisi olan sosial media hesabında etdiyi paylaşımla diqqət çəkib. Fəlakətlə bağlı kədərini yazdığı paylaşımda müğənni bu sözləri deyib:

“Zəlzələdən 40 gün keçdi... Bu şəkli fevralın 24-də çəkmişəm. Yuxusuz bir gecədə “anam yata bilmir” deyib özümü anama çatdırdım. Nə xoşbəxtəm ki, anam sağdır və mən nə qədər şanslıyam deyə düşünürdüm. Bu zəlzələdə nə qədər ana övladını itirdi, ya da uşaq anasını itirdi. Mən hələ də pisəm... Normala dönən nədir? Bu cümlə mənim üçün çətindir. Bəli, həyat davam edir və olmalıdır, amma bu fəlakəti unutmaq olmaz”.

Hadise: 40 gün geçti, hâlâ içim yanıyor

# 3006
avatar

Fidan İlqar

Oxşar yazılar