Əməkdar artistin qayınanası efirə zəng etdi: "O mənim gəlinim deyil"  - VİDEO
14 yanvar 2022 09:22 (UTC +04:00)

Əməkdar artistin qayınanası efirə zəng etdi: "O mənim gəlinim deyil" - VİDEO

Əməkdar artist Dilarə Əliyeva “Günün sədası” verilişində qonaq olub.

Lent.az-ın məlumatına görə, aktrisanın qayınanası Xalq artisti Elmira Əliyeva proqrama zəng edib. O, gəlini barədə xoş sözlər səsləndirib:

“Heç vaxt qızı anadan soruşmurlar. O mənim gəlinim deyil. O mənim qızımdı. Onu elə bil mən dünyaya gətirmişəm. Anasına da demişəm ki, Dilarə sənlik yox, mənlikdi. Bizim evimizə gəlin düşən gündən bu günə kimi onunla ana-balayıq”. 

Xalq artistinin bu sözlərindən sonra D.Əliyeva göz yaşlarına hakim ola bilməyib. 

# 5580
avatar

Yalçın UĞUR

Oxşar yazılar