Əməkdar artist Elza Seyidcahan növbəti dəfə insanları təəccübləndirib. Lent.az-ın məlumatına görə, bəstəkar-müğənni “Söhbət var” verilişində bildirib ki, qoyun qığından geyim hazırlatdırır:
“Bir ideya var. Onun üzərində çalışıram. Deyirəm ki, onu necə hazırlayacaqlar? Mənim üçün qoyun qığından geyim hazırlanacaq. Onu əməlli başlı rəngləmək lazımdır. Qığı qurudandan sonra qoxusu gedəcək. Geyim üzərində dəri də olacaq. Bu yaxınlarda Zaqatalaya fındıq festivalına getmişdim. Orada çox uşaqlar mənim kimi geyinmişdi. Fındıqdan libaslar hazırlanmışdı”.