Elza Seyidcahan aparıcı Zauru  məhkəməyə verdi
13 fevral 2025 17:22 (UTC +04:00)

Elza Seyidcahan aparıcı Zauru məhkəməyə verdi

Əməkdar artist Elza Seyidcahan televiziya aparıcısı Zaur Nəbioğlunu məhkəməyə verib. 

Bu barədə Lent.az-a müğənninin özü açıqlama verib.  

Elza Seyidcahanın dediyinə görə, aparıcı onun şeirində işlətmədiyi təhqiramiz ifadəni verilişdə səsləndirib:

“Əməkdar artist olaraq xalqım və dövlətim qarşısında hansı məsuliyyət daşıdığımın fərqindəyəm. Yazdığım şeirdəki ifadələrin mənasını kimlərsə anlamırsa, bu, mənim günahım deyil. Lakin mənim, ümumiyyətlə, yazmadığım bir sözün adıma çıxarılması qətiyyən doğru deyil.

Bu məsələnin aydınlaşdırılması üçün aparıcını məhkəməyə verdim, qanun-qayda var. Qoy, şikayətçi olduğum şəxs gəlib məhkəmədə nə üçün belə davrandığını açıqlasın. İndiyə kimi insanların bir çox məsuliyyətsiz hərəkətlərinə dözümlü davrandım. İndi isə hesab edirəm ki, onlar qanun qarşısında cavab versinlər”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061

Oxşar yazılar