Qazaxıstanın Cembil rayon Polis Şöbəsinin əməkdaşı kənddə intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, fevralın 12-də Dövlət Rayon Elektrik Stansiyasının postunda 22 yaşlı USSO polis serjantı PM xidməti tapançası ilə başına atəş açıb.
Nəticədə o, yerindəcə keçinib.
Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə ibtidai istintaq başlanılıb.