Elşad Qarayev Ağadadaş Ağayevi  duelə   çağırdı
29 mart 2024 12:52 (UTC +04:00)

Elşad Qarayev Ağadadaş Ağayevi duelə çağırdı

Müğənni Elşad Qarayev Xalq artisti Ağadadaş Ağayevi duelə çağırıb. 

Lent.az xəbər verir ki, ifaçı bunu “Rəngarəng səhər” verlişində deyib. 

Buna səbəb isə Xalq artisti Ağadadaş Ağayevin Elşad Qarayevin ifasını bəyənməməsi və onu tənqid etməsidir. 

"Ağadadaş Ağayevi duelə çağırıram. Gözləyirəm... Öz mahnılarıma nə olub ki, Ağadadaşın mahnısını oxuyum? Bu işin axırına çıxmalıyam ki, mahnını mən düz oxumuşam", -  Elşad Qarayev bildirib. 

Xatırladaq ki, Ağadadaş Ağayev bir müddət əvvəl özünə məxsus “Necə deyim” mahnısını ifa edən Elşad Qarayevi tənqid etmişdi. O, mahnısının dəyişilməsi ilə bağlı irad bildirmişdi. 
 

# 2595
avatar

Oxşar yazılar