Müğənni Elnarə Xəlilova övladlarından gileylənib.
Lent.az-ın məlumatına görə, ifaçı "Sözbaz" verilişində bu barədə danışıb:
"Oğlum Öndər zəng edib ki, anam şkafı aşırtmışıq. Təsəvvür edin, şüşədir və içində qab qalmayıb. Balaca dırmaşıb lay-lay şüşələrlə, o da aşıb. Qalıb altında şüşələrin içində. Böyük də onu ordan çıxarıb, əlləri kəsilib. Başıma oyun açırlar. Mənim uşaqlarım ya səhrada, ya da meşədə yaşamalıdırlar".