Ədalət Şükürov “Prius”lardan  şikayət   etdi
28 fevral 2024 17:33 (UTC +04:00)

Ədalət Şükürov “Prius”lardan şikayət etdi

Müğənni Ədalət Şükürov qatıldığı podkastlardan birində “Prius” markalı avtomobillərin onu qıcıqlandırdığını bildirib.

Lent.az-ın xəbərinə görə, o bildirib ki, bu avtomobillərin çoxu xaricdən yararsız vəziyyətdə, ucuz qiymətə ölkəyə gətirilir.

“İmkanı olan adamlar gətirib onu imkansızlara satırlar. Bu avtomobillər çox  zaman pis vəziyyətdə olur və idarə edilməsi mürəkkəbləşir. Çox ucuz satılır deyə onları kim gəldi alır və idarə edir. Xaricdən qonaqlarım gəlmişdi, onlar  çağırdıqları taksilərin pis vəziyyətini görüb, şikayət edirdilər və mən utanırdım.

Əlbəttə, anlayıram, hamı çörək qazanmaq istəyir, lakin bu avtomobillər əsasən qəzalı vəziyyətdə olurlar. Ölkəyə qəzalı avtomobillərin gətirilməsi qadağan edilməlidir. Belə çıxır ki, bu avtomobilləri Azərbaycana ölkə əhalisinə zərər vurmaq üçün gətirirlər. Bu avtomobillərin hamısı elektrik batareyaları ilə təchiz edilib. Bir neçə ildən sonra bu batareyalar necə utilizasiya ediləcək?” - o bildirib.


 

# 6669
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Bakıda gənc oğlan marketin qarşısında bıçaqlandı

Bakıda gənc oğlan marketin qarşısında bıçaqlandı

11 may 2024 , 21:34
Bu iştirakçı "Avroviziya"dan QOVULDU

Bu iştirakçı "Avroviziya"dan QOVULDU

11 may 2024 , 17:27
Məşhur aktrisa hovuzda doğdu

Məşhur aktrisa hovuzda doğdu

10 may 2024 , 19:27
Cennifer Lopez 90-cı illərin dəbini  geri qaytarır

Cennifer Lopez 90-cı illərin dəbini geri qaytarır

10 may 2024 , 18:55
Reper yorğunluqdan   səhnədə öldü

Reper yorğunluqdan səhnədə öldü

10 may 2024 , 18:34
Günay Baxşəliyeva: “Daha gözəl qızlar vardı, amma mən seçildim”

Günay Baxşəliyeva: “Daha gözəl qızlar vardı, amma mən seçildim”

10 may 2024 , 17:06
"Avroviziya 2024" QALMAQALLARI:  Çılpaq çıxışlar, arafatka, intriqa

"Avroviziya 2024" QALMAQALLARI: Çılpaq çıxışlar, arafatka, intriqa

10 may 2024 , 14:32
Məşhur müğənni qarnına İLAN DOLADI

Məşhur müğənni qarnına İLAN DOLADI

10 may 2024 , 12:42