Dünyaca məşhur müğənni-aktrisa Rita Ora azərbaycanlı modelyer Rüfət İsmayılın kolleksiyasına müraciət edib.
Lent.az xəbər verir ki, 32 yaşlı britaniyalı ifaçı bir neçə gün əvvəl "Watch What Happens Live" proqramına həmyerlimizin hazırladığı libasla qatılıb. Bu barədə R. İsmayıl "instagram"da məlumat verib, Ritanın fotolarını paylaşıb.
Qeyd edək ki, Rüfət İsmayıl "Affair" brendinin yaradıcısıdr. Onun nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, hazırladığı geyimlərə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb.
Onun hazırladığı geyimləri Beyons, Cennifer Lopez, Avril Lavin və digər dünya ulduzları geyinirlər. O, hal-hazırda Azərbaycanın xalq artisti Aygün Kazımovanın da dizayneridir.