Müğənni Günay İbrahimli televiziya proqramda hər kəsdən uzaq qalmasının səbəbini açıqlayıb:
"Məni o qədər daşlayıblar, dostlardan elə xəyanət görmüşəm ki...
Öyrəşmişəm. Dolça bürcləri birini sevərsə, çox bağlanar. Amma diqətsizlik görəndə tez də unudar. Son zamanlar görürəm ki, hadisələri sakit qəbul edirəm, önəm vermirəm.
Yazılan şərhlərə, atılan sözlərə baxıb keçirəm. Pis niyyətli şərh yazanın ailəsində, özündə problem var. Onlara pis oluram Kimsə müsahibədə adımı çəkir, baxıam keçirəm. Hər kəsin subyektiv fikrinə hörmətlə yanaşıram”- Lent.az-ın xəbərinə görə, o bildirib.
“Hər kəs bizi sevmək məcburiyyətində deyil. Məni televiziyadan görüb bəyənməyən olub, sonra salonda yaxınlaşıb ki, necə sadəsiniz? Efirə çox çıxmıramsa, o demək deyil ki, yekəxanayam", - müğənni əlavə edib.