Dilan Polat  həbsdən buraxılır
19 avqust 2024 14:52 (UTC +04:00)

Dilan Polat həbsdən buraxılır

Sosial şəbəkələrdə kifayət qədər məşhurlaşan türkiyəli fenomen Dilan Polat azadlığa buraxılıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə onun istintaq müddəti ərzində sərbəst buraxılmasına qərar verib.

Dilan Polatın bu gün cəzaçəkmə müəssisəsindən buraxılacağı gözlənilir.

Xatırladaq ki, polisin keçirdiyi əməliyyat nəticəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. 

Onlar çirkli pulların yuyulmasında ittiham olunur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731
avatar

Sevinc Fərid

Oxşar yazılar