Cennifer Lopez evləndi – RƏSMİ  -VİDEO
18 iyul 2022 03:37 (UTC +04:00)

Cennifer Lopez evləndi – RƏSMİ -VİDEO

Məşhur müğənni Cennifer Lopez aktyor Ben Affleklə rəsmi nikaha daxil olub.

Lent.az-ın xəbərinə görə, nikah Nevada ştatının Las-Veqas şəhərində sənədləşdirilib.

52 yaşlı müğənni evlənəcəyi barədə hələ may ayında Tvitterdə məlumat vermişdi. Onun Affleklə ilk tanışlığı 2002-ci ildə olub. Cütlük 2003-cü ildə evlənəcəyini desə də, 2004-də münasibətlərə son qoymuşdu.

Cennifer Lopez indiyədək 3 dəfə evli olub və 2 əkiz uşaq anasıdır. Ben Afflekin isə aktrisa Cennifer Qarnerlə izdivacından 3 uşaq dünyaya gəlib.  

# 3213
avatar

Oxşar yazılar