Çempiondan sevgilisinə milyonluq hədiyyə
15 avqust 2024 10:03 (UTC +04:00)

Çempiondan sevgilisinə milyonluq hədiyyə

Məşhur boksçu Konor Makqreqor nişanlısı Dee Devlinin 37 yaşının tamam olması münasibətilə ona çox bahalı boyunbağı hədiyyə verib.

Lent.az-ın xəbərinə görə, UFC çempionu Konor Makqreqorun xanımı sosial şəbəkə hesabında dəbdəbəli ad günü hədiyyəsini nümayiş etdirib. 

Cütlük bu özəl günü şempionun yaxtasında qeyd edib.

Konor xanımına 37 yaşının şərəfinə Fransanın Cartier brendindən brilyant qaşlı boyunbağı hədiyyə edib. Brendin rəsmi saytında bu zinət əşyalarının qiyməti 3 milyon funt-sterlinqdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar