Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
29 sentyabr 2021 09:36 (UTC +04:00)

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu

Boşandı, ikinci dəfə evləndi, xanımı övladlarını göstərmirdi - FOTO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu uzun müddət sonra övladları ilə görüşüb. Lent.az-ın məlumatına görə, musiqiçi qızları ilə görüşdən fotonu sosial şəbəkədəki səhifəsində paylaşıb. 

Xatırladaq ki, ikinci dəfə ailə quran H.Məhəmmədoğlu bir müddət öncə açıqlamasında bildirmişdi ki, boşandığı İnci adlı xanımı övladlarını ona göstərmir: "11 il ailəli olmuşam. 11 ildə qazandığım hər şeyi qurban vermişəm. İnsanlar məni qınaya bilər ki, 2 qız atasısan. Həyatda ayrılan tək insan deyiləm. Bir vaxtlar kiminsə ayrılmağını eşidəndə təəccüblə baxırdım ki, olmaz. Bir dəfə ailə qurdun, ömrünün sonuna kimi get. Amma elə deyil. Təəssüf olsun ki, övladlarımdan mənə qarşı silah kimi istifadə edirlər. Çox heyif. İtirdiyim maşına, evlərə, pula üzülmürəm. Övladlarıma üzülürəm
Uşaqlarımı mənə qarşı döndərdilər. Böyük qızımın 11 yaşı var. Bir insanı bütün günü pisləsən, istər-istəməz fikriniz dəyişəcək. İnsan bir şeyi itirəndə başqa nəsə qazanır. Amma övladın yerini heç nə vermir. Balaca qızım mənimlə danışırdı, onu da döndərdilər. Mənə deyirlər ki, əgər bizə başqa ölkəyə getməyə icazə kağızı versən, uşaq sənlə danışacaq, verməsən yox. Adam uşaqdan istifadə edə bilər?".

Qeyd edək ki, Hüseyn və İnci ötən il boşanıb və aktrisa Aysel İbrahimova ilə evlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21657
avatar

Yalçın UĞUR

Oxşar yazılar